“Zirə” Moldova millisinin yarımmüdafiəçisini TRANSFER ETDİ

 13:23 25.01.2020     497

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. 

Redaktor.az-ın məlumatına görə, Bakı klubu George Antonla anlaşıb. 

27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb. Moldova millisinin üzvü olan futbolçu daha əvvəl ölkəsinin “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub.

Qeyd edək ki, “Zirə” qış fasiləsində Ağabala Ramazanov, Davit Volkov, Alie Sesay və Yovan Krneta ilə də müqavilə bağlayıb.//Apa.az