“Barselona” 17 yaşlı istedadı transfer etdi

 17:53 25.01.2020     567

“Barselona” klubu Braziliyanın “Koritiba” klubunda çıxış edən 17 yaşlı futbolçunu transfer edib.

Redaktor.az xəbər verir ki, Yan Koutonun keçidi İspaniya nəhənginə beş milyon avroya başa gəlib.

FİFA-nın yeniyetmə futbolçuların transferi zamanı qoyduğu şərtlərlə əlaqədar sağ cinah müdafiəçisi 18 yaşı tamam olandan sonra “Barselona”ya qoşulacaq. 

Müdafiəçini vətənində “yeni Dani Alveş” adlandırırlar. (Oxu.az)

Vumart və Güvən reklamı Vumart Güvən