“Borussiya” Əmrə Canın keçidini razılaşdırıb
Almaniya millisinin türk əsilli futbolçusu Əmrə Can karyerasını vətənində davam etdirməyə yaxındır.
Redaktor.az-ın məlumatına görə, Dortmund “Borussiya”sı 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə edib.
Almaniya Bundesliqasının iddialısı Əmrə Can üçün İtaliya “Yuventus”una 23 milyon avro ödəyəcək. Futbolçu ilə müqavilə isə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ilin yayında İngiltərə “Liverpul”undan “Yuventus”a azad agent kimi keçib. (APA)












