“Çalışacağıq ki, millinin çıxışında dönüş yaradaq”

 11:37 28.01.2020     441

“Konfrans iştirakçılarına etimad göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm. İnanıram ki, növbəti dörd ildə müxtəlif proqramlar həyata keçirəcəyik”.

Redaktor.az-ın məlumatına görə, bunu növbəti dəfə AFFA prezidenti seçilən Rövnəq Abdullayev deyib.

O, qarşıdakı dörd ildə yeni uğurlar əldə etməyə çalışacaqlarını söyləyib: “Çalışacağıq ki, millinin çıxışında dönüş yaradaq. Qarşıda bizi böyük turnirlər gözləyir. Əsasən də, AVRO-2020-nin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Düşünürəm ki, bunun ardı gələcək. Bu çağırışların öhdəsindən birlikdə gələcəyimizə inanıram”.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən