"Arsenal" ispaniyalı müdafiəçini icarəyə götürüb

 04:15 30.01.2020     520

İspaniyalı müdafiəçi Pablo Mari yenidən Avropaya qayıdıb.

Redaktor.az-ın məlumatına görə, "Flamenqo"nun futbolçusu "Arsenal"la anlaşıb.

Tərəflər arasında anlaşmaya əsasən, 27 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər icarə əsasında "topçular"ın formasını geyinəcək. London təmsilçisi yayda onu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Pablo Mari ötən mövsüm "Flamenqo"nun heyətində 28 oyunda 3 qol vurub. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən