Azərbaycan Premyer Liqasının təqvimi DƏYİŞDİ

 14:23 31.01.2020     438

Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, turun təqvimində dəyişiklik edilib.

Milli Məclisə seçkilərlə əlaqədar olaraq tur əvvəlcədən nəzərdə tutulduğu kimi fevral 8-9-da deyil, 7-8-də keçiriləcək. 2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası
XVI tur
7 fevral (cümə)
“Sabah” – “Qəbələ”

“Bank Respublika Arena”, 19:00
“Keşlə” – “Səbail”
“ASK Arena”, 17:00
8 fevral (şənbə)
“Qarabağ” – “Neftçi”

Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:30

Vumart və Güvən reklamı Vumart Güvən