"Qarabağ" İspaniya millisinin sabiq futbolçusunu istəyir
"Rayo Valyekano"nun yarımmüdafiəçisi Coni Montiel karyerasını Azərbaycanda davam etdirə bilər.
Redaktor.az-ın məlumatına görə, "Qarabağ" 22 yaşlı yarımmüdafiəçini "transfer pəncərəsi"nin son günlərində heyətinə qatmağa çalışır.
Riçard Almeydanın gedişindən sonra yaranan boşluğu doldurmağı planlaşdıran Ağdam təmsilçisi İspaniyanın U-17, U-18 və U-19 yığmalarında oynamış Montielə "elçi düşüb". "Rayo Valkeyako"nun yetirməsi olan futbolçu son vaxtlar "Toledo", "Deportivo" kimi klublarda icarə əsasında çıxış edib. Ötən yay icarədən qayıdan yarımmüdafiəçi cari mövsüm La Liqa2-də 12 matçda iştirak edib.
Qeyd edək ki, yarımmüdafiənin mərkəzi ilə yanaşı, cinahlarında da oynamağı bacaran Coni Montielin klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.//Apa.az












