"Arsenal" "Sauthempton"un müdafiəçisini icarəyə götürüb

 16:13 31.01.2020     466

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.

Redaktor.az-ın məlumatına görə, "Sauthempton"un müdafiəçisi Sedrik Suareş "topçular"la anlaşıb.

London təmsilçisi Portuqaliya millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. "Sauthempton" onu 5 milyon avro və əlavə bonuslarla satmağa çalışsa da, "Arsenal" buna razı olmayıb. Nəticədə sağ cinah müdafiəçisi icarəyə götürülüb.

Suareşin "Sauthempton"la müqavilə müddəti yayda bitəcəyi üçün "Arsenal" mövsümün sonunda onunla azad agent kimi müqavilə imzalaya bilər.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən