"Bavariya" liderliyə yüksəldi
Almaniya Bundesliqasında XX turun mübarizəsi davam edir.
Bu gün daha 6 oyun olub.
Baş tutan qarşılaşmalar turnir cədvəlinin zirvəsində dəyişikliklərə səbəb olub. "Leypsiq" öz meydanında Mönxenqladbax "Borussiya"sı ilə görüşdə məğlubiyyətdən son anda qurtulub. Bununla komanda liderliyi əldən verib. Mönhenqladbaxlılar isə 2-ci yerə yüksəlmək şansını qaçırıblar.
"Leypsiq"in büdrəməsindən məharətlə yararlanan "Bavariya" "Maynz səfərində 3 xalı 3 qolla əldə edərək, zirvəyə yüksəlib.
Dortmundda "Union Berlin"i darmadağın edən yerli "Borussiya" isə liderlər qrupundakı mövqeyini möhkəmlədib. Dortmundluların gənc hücumçusu Erlinq Haland bu matçda da dubla imza atmağı bacarıb.
"Köln" - "Frayburq" və "Paderborn" - "Volfsburq" oyunu sabah keçiriləcək.
Almaniya Bundesliqası
XX tur
1 fevral
"Auqsburq" - "Verder" - 2:1
Niderlexner, 67; Varqas, 82 - Yedvay, 23 (avtoqol)
"Borussiya" (D.) - "Union Berlin" - 5:0
Sanço, 13; Haland, 18, 76; Roys, 68 (pen.); Vitsel, 70
"Fortuna" - "Ayntraxt" - 1:1
Kaan Ayhan, 78 - Çandler, 90+3
"Hoffenhaym" - "Bayer" - 2:1
Kramariç, 23; Skov, 65 - Diabi, 11
"Maynz" - "Bavariya" - 1:3
Juste, 45 - Levandovski, 8; Müller, 13; Tiaqo, 26
"Leypsiq" - "Borussiya" (M.) - 2:2
Şik, 50; Nkunku, 89 - Plea, 24; Hofmann, 35 // Apasport












