"Liverpul" bu dəfə də qalib gəldi

 02:38 02.02.2020     674

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun növbəti oyunları keçirilib.

Redaktor.az bildirir ki, turun maraq doğuran oyunu “Enfild” stadionunda baş tutub. “Liverpul” öz meydanında “Southemton” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mersessayd təmsilçisinin heyətində Aleks Oskleyd-Çemberlen, Məhəmməd Salah (2) və Cordan Henderson fərqləniblər.

Bu qələbədən sonra “Liverpul” əzəli rəqibi, ikinci pillədə qərarlaşan “Mançester Siti”dən 22 xal önə keçib.

Mançester təmsilçisi fevralın 2-də səfərdə “Tottenhem” klubunun qonağı olacaq.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Bormunt” - “Aston Villa” - 2:1;

“Kristal Palas” - “Şeffild Yunayted” - 0:1;

“Nyukasl Yunayted” - “Norviç Siti” - 0:0;

“Vatfotd” - “Everton” - 2:3;

“Vest Ham Yunayted” - “Brayton” - 3:3.

Vumart və Güvən reklamı Vumart Güvən