Azərbnaycan cüdoçusu Avropa kubokunun finalında uduzub
Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.
Redaktor.az-ın məlumatına görə, finala qədər bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb.
Görüşdən məğlub ayrılan cüdoçumuz qitə kuboku yarışında 2-ci yeri tutub.
Qeyd edək ki, 30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirdə 14 cüdoçumuz iştirak edir. Yarışa fevralın 2-də yekun vurulacaq. (APA)












