Gəncədə kişi özünə xəsarət yetirib
Gəncədə orta yaşlı kişi damarını kəsərək özünə xəsarət yetirib.
Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
1976-cı il təvəllüdlü İbrahimov Sabir həyat yoldaşı onunla barışmadığı üçün damarını kəsib. Yaralı xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)












