Cüdoçularımız Avropa kuboku yarışında mübarizəyə qoşulub

 14:52 02.02.2020     747

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turnirinin ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır.

Redaktor.az-ın məlumatına görə, ağır çəkili cüdoçuların yarışlarında Araş Ağayi (81 kiloqram), Zaur Dünyamalıyev (90 kiloqram), Aslan Mirzəyev (100 kiloqram), İmran Yusifov (+100 kiloqram) güclərini sınayırlar.

Qeyd edək ki, fevralın 1-də keçirilmiş yarışların birinci günündə Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb.

Turnirə bu gün yekun vurulacaq. (Trend.az)

Vumart və Güvən reklamı Vumart Güvən