“Trabzonspor” Türkiyə kubokunda asan qələbə qazanıb
Türkiyə kubokunda 1/4 final mərhələsi başlayıb.
Redaktor.az-ın məlumatına görə, ilk oyunlar Trabzonda start götürüb.
“Ərzurumspor”u qəbul edən “Trabzonspor” asan qələbə qazanıb. Meydan sahibləri ilk 45 dəqiqədəki üç qol vurublar. Fasilədən sonra daha iki dəfə fərqlənən trabzonlular səfər matçı ərəfəsində böyük üstünlük qazanıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları çərçivəsindəki digər matçlar fevralın 5-6-da keçiriləcək. Cavab görüşləri isə ayın 11-13-də baş tutacaq.
Türkiyə kuboku
1/4 final
4 fevral
“Trabzonspor” – “Ərzurumspor” – 5:0
Sorlot, 16, 66, Acer, 26 (avtoqol), Nvakaeme, 43, Acil, 60 (avtoqol). //APA












