“Barselona” müdafiəsini gücləndirdi

 05:23 05.02.2020     914

"Barselona" argentinalı müdafiəçini heyətinə cəlb edib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayb.

Klub bildirib ki, "Boki Xuniors"un müdafiəçisi Santyaqo Ramosla müqavilə imzalayıb.

Qeyd edilir ki, müqavilənin müddəti üç ildir. Bununla belə, müddət başa çatdıqdan sonra onun müddəti daha 2 il müddətinə artırıla bilər. Ramos “Barselona B”-də çıxış edəcək.

18 yaşlı Ramos "Boki Xuniors"un yetirməsidir. O, ötən mövsümdə Argentina klubunun ikinci komandasının heyətində oynayıb, həmçinin əsas komandanın iki yoldaşlıq matçında iştirak edib.

"Barselona" 22 matçda 46 xal toplayaraq İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur. "Real" 49 xalla liderdir. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən