Rusiyanın DÇ-2022-də iştirakına qadağa qoyuldu

 14:41 05.02.2020     1077

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya yığmasını 2022-ci ildə keçiriləcək dünya çempionatından kənarlaşdırmaq qərarına gəlib. 

Redaktor.azxəbər verir ki, bununla bağlı “beIN Sports” telekanalı məlumat yayıb. 

“Ümumdünya Antidopinq Agentliyi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirakına qadağa qoyulması ilə bağlı Rusiya tərəfini məlumatlandırıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın sonunda WADA Moskva Antidopinq Laboratoriyasının məlumat bazasında 145 dopinq testi aşkarlayıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən