İdmançıların olduğu avtobus qəzaya düşdü – 12 nəfər xəsarət aldı

 16:27 09.02.2020     1051

Türkiyənin fiziki məhdudiyyətli basketbolçulardan ibarət "Malatya Böyükşəhər Bələdiyyəspor" komandası qəzaya düşüb. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanı "Mardin Qızıltəpə" ilə qarşılaşma üçün səfərə aparan avtobus güclü qar səbəbilə yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində avtobusun sürücüsü, 10 basketbolçu və baş məşqçi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, komandalar arasındakı qarşılaşma bu gün keçirilməli idi.

Vumart və Güvən reklamı Vumart Güvən