Fırtına ilə əlaqədar çempionat oyunları təxirə salındı
Futbol üzrə Hollandiya çempionatının oyunları təxirə salınıb.
Redaktor.az xəbər verir ki, buna səbəb “Kyara” fırtınasıdır.
Təxirə salınan görüşlər arasında “Utrext” – “Ayaks”, “AZ Alkmaar” - “Feyenoord”, “Emmen” - “Tvente” klublarının qarşılaşmaları da var.
Matçların nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil. //Oxu.az












