Futbolçu meydanda banan yeyib, qol vurdu - VİDEO

 10:59 11.02.2020     991

Argentina Superliqasının 19-cu turunda "Rasinq" və "İndependente"  arasında keçirilən matçda maraqlı hadisə yaşanıb.

Redaktor.az xəbər verir ki, "Rasinq"in futbolçusu Marselo Dias görüşün fasiləsində banan yeməyə vaxt tapmayıb. O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib.

M.Dias görüşdə yeganə qolun müəllifi olub. O,  86-cı dəqiqədə fərqlənib. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən