Azərbaycan – Lixtenşteyn matçının stadionu dəqiqləşib

 10:45 13.02.2020     723

Martın 23-də təlim-məşq toplanışı üçün Maltaya yollanacaq Azərbaycan millisinin ilk yoldaşlıq matçının məkanı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, komandamız həmin ayın 26-da Lixtenşteynlə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşma “Hibernians” stadionunda keçiriləcək. Paola şəhərində yerləşən arena təxminən 3000 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, martın 31-dək Maltada hazırlıq keçəcək millimiz ayın 30-da yerli yığma ilə yoldaşlıq görüşündə qarşılaşacaq. //Apasport