“Çelsi” onu 40 milyon avroya transfer etdi

 17:57 13.02.2020     893

“Ayaks”ın yarımmüdafiəçisi Hakim Zieş “Çelsi” klubuna transfer olunub.

Redaktor.az məlumat verir ki, bu barədə klubun rəsmi saytında(ajax.nl) məlumat verilib.

Yarımmüdafiəçi “Çelsi”nin düşərgəsinə iyul ayında qoşulacaq.

Müqavilənin dəyəri 40 milyon avrodur, lakin məbləğ 44 milyon avroya qədər yüksələ bilər. //Oxu.az