Pelenin oğlu atası haqqında fikirlərə aydınlıq gətirdi

 04:30 14.02.2020     805

Futbol üzrə üçqat dünya çempionu Pelenin (Edson Arantis du Nasimentu) oğlu Edinyo bildirib ki, atasının depressiyası haqqında sözləri tərcümə zamanı yanlış izah edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə UOL portalı bildirib.

"Mənim fikirim bir qədər kontekstdən çıxarılıb. İndiki halda ingilisdən tərcümə edərək, emosional vəziyyətdə "depressiya" sözündən istifadə etdim, amma bu kliniki diaqnoz deyil. Sadəcə, yaxın insanın müşahidəsidir", - Edinyo deyib.

Onun sözlərinə görə, fikrinin deyilişi uğursuz alınıb.

Pelenin rahib həyat tərzinə gəlincə, Edinonun sözlərinə görə, bu, atasının statusudur.

79 yaşlı Pelenin sağlamlıq durumu ictimaiyyətin diqqətinin mərkəzindədir. O, son illər çanaq-bud oynağından bir sıra cərrahi əməliyyatlar keçirib, ötən il isə sidik kisəsi daşı xəstəliyi ilə 2 dəfə klinikaya yerləşdirilib. Braziliya yığmasının sabiq hücumçusu yalnız arabaların köməyi ilə sərbəst hərəkət edə bilir. //Report.az