Ayşən Abduləzimova Macarıstan kubokunu qazandı - FOTO

 21:10 14.02.2020     539

Qadın voleybol yığmamızın kapitanı Ayşən Abduləzimova şərəfini qoruduğu Macarıstanın “Vaşaş” klubu ilə ilk titulunu qazanıb. 

Redaktor.az xəbər verir ki, 27 yaşlı blokçunun komandası ölkə kubokunun finalında “Nyiredhaza”nı 3:1 hesabı ilə məğlub edərək, qalib adına yiyələnib.Matçda 21 xal toplayan Abduləzimova ötən il “Vaşaş”la Macarıstan çempionatının bürünc mükafatçısı olub. Onun bu il qızıl və ya gümüş medal qazanmaq şansı da var. Belə ki, “Vaşaş” hazırda Macarıstan çempionatında 15 turdan sonra 30 xalla üçüncü pillədə qərarlaşıb. //Oxu.az