İddiaçılar turnirinin püşkü atıldı

Rusiyanın paytaxtı Moskva şəhərində dünya şahmat tacı uğrunda çempion Maqnus Karlsen ilə qarşılaşacaq idmançının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək iddiaçılar turnirinin püşkü atılıb.
Redaktor.az xəbər verir ki, püşkatma mərasimində FIDE prezidenti Arkadi Dvorkoviç, Rusiyanın İdman naziri Oleq Matıtsin, məşhur tennisçi Anastasiya Mıskina, tanınmış şahmat məşqçisi Vladimir Buxovski iştirak ediblər.
Püşkün nəticələrinə əsasən, turnirin birinci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov amerikalı Fabiano Karuana ilə qarşılaşacaq.
Rəcəbov - Karuana
Dinq Liren - Hao Yanq
Aniş Giri - Yan Nepomnyaşi
Qrişuk - Kiril Alekseyenko
Turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq. İddiaçılar turniri martın 15-dən aprelin 5-dək Yekaterinburq şəhərində keçiriləcək. //Report.az

