Qurban Qurbanov darmadağından danışdı

 23:57 15.02.2020     1079

"Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən çox istəkli idilər".

Redaktor.az bildirir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matçın startından yaxşı hücumları olub:

"Hər şey istədiyimiz kimi alındı. Bu qədər qol olacağını düşünmürdük. Ancaq bəzən belə hallar olur. Hər bir halda, “Zirə”dən ehtiyatlanırdıq. Son oyunumuzda heç-heçə qeydə alınmışdı. İlk dəqiqələrdən hiss olundu ki, yaxşı hazırlaşmışıq. Vacib 3 xal qazandıq".

Vumart və Güvən reklamı Vumart Güvən