Ronaldo sifariş ərizəsinə salınmadı

 12:44 16.02.2020     996

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo bu gün “Breşiya”ya qarşı oyunda iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, klubun rəsmi Tvitter səhifəsində A seriyasının 24-cü turunun matçına sifariş olunan 20 oyunçunun adı açıqlanıb. Onların arasında portuqaliyalı hücumçu yoxdur. Bunun səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, “Yuventus” – “Breşiya” görüşü bu gün Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.

Əlavə edək ki, daha öncə "Yuventus"un baş məşqçisi Mauritsio Sarri bu oyunda Ronaldoya istirahət verə biləcəyini demişdi. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən