Ronaldo "Yuventus"un bu günkü oyununu buraxacaq
"Yuventus"un hücumçusu Kriştianu Ronaldo bu gün "Breşya"ya qarşı oyunda iştirak etməyəcək.
Redaktor.az məlumat verir ki, klubun rəsmi Tvitter səhifəsində A seriyasının 24-cü turunun matçına sifariş olunan 20 oyunçunun adı açıqlanıb. Onların arasında portuqaliyalı hücumçu yoxdur. Bunun səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, "Yuventus" - "Brescia" görüşü bu gün Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.












