Qadın idmançımız bürünc medal qazandı

 16:30 16.02.2020     1073

Azərbaycan karateçisi Dubayda Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

Karateçimiz İrina Zaretska (68 kq) üçüncü yer uğrunda Alize Ajye (Fransa) ilə qarşılaşmanı qalib başa vuraraq bürünc medal əldə edib.

Turnir fevralın 16-da başa çatacaq. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən