İker Kasilyas karyerasına son qoydu
“Portu”nun ispaniyalı qapıçısı İker Kasilyas karyerasına son qoyub.
Redaktor.az-ın xəbərinə görə, bu barədə klubun prezidenti Jorje Nunu Pinto məlumat yayıb. O deyib ki, Kasilyas tezliklə bu barədə açıqlama verəcək.
39 yaşlı ispaniyalı əfsanə bundan sonra İspaniya Futbol Federasiyasının prezidentliyi haqqında fikirləşəcək. Qeyd edək ki, o, prezidentliyə namizədliyini rəsmən təqdim edib. //Oxu.az












