Güləşçilərimiz lisenziya turnirinin hazırlıqlarına başlayıb
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan yığmaları bu gündən növbəti təlim-məşq toplanışına start verib.
Redaktor.az saytının məlumatına görə, hazırlıq martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Yunan-Roma güləşi üzrə millimiz yarışın startına qədər toplanışı Bakıda keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirəcək. //APA












