Çempionlar Liqasında həftənin futbolçusu o seçildi

 16:16 21.02.2020     944

UEFA Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb. 

Redaktor.az bildirir ki, bu ada Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücunçusu Erlinq Holann layiq görülüb. 

20 yaşlı forvard Fransa PSJ-sini 2:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk matçında dubl edib. 

Norveçli oyunçu bu nominasiyada Renan Lodi (“Atletiko”, İspaniya), Hans Hatebur (“Atalanta”, İtaliya) və Uqo Lyorisi (“Tottenhem”, İngiltərə) geridə qoyub. 

Vumart və Güvən reklamı Vumart Güvən