"Fənərbağça" dünya çempionu ilə yollarını ayırdı

 20:00 21.02.2020     1029

Türkiyənin "Fənərbağça" klubu fransalı futbolçu Adil Rami ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə yollarını ayıran İstanbul təmsilçisi artıq bununla bağlı Türkiyə Futbol Federasiyasını (TFF) məlumatlandırıb.

Qeyd edək ki, 2018-ci ildə Fransa millisinin heyətində Rusiyada keçirilən dünya çempionatında qızıl medal qazanan Rami "Fənərbağça"ya ötən yay keçmişdi. Təcrübəli futbolçu klubla 1+1 illik müqavilə imzalamışdı. //Report

Vumart və Güvən reklamı Vumart Güvən