Türkiyə Super Liqasında hər 3 oyun heç-heçə bitib

 04:15 23.02.2020     824

Türkiyə Super Liqasında XXIII tur davam edir.

Redaktor.az-ın məlumatına görə, bu gün üç qarşılaşma keçirilib.

Hər üç görüş heç-heçə nəticələnib.

Çempionatın autsayderi “Kayserispor” növbəti xalını qazanıb. İki dəfə hesabda önə keçən “Konyaspor” sonuncu pillənin sahibini məğlub edə bilməyib.

Turnir cədvəlinin orta pillələrində qonşu olan “Göztəpə” və “Qaziantep” arasında matçda da qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran komandalar bir xalla kifayətləniblər.

Günə İstanbulda yekun vurulub. Çempionluq uğrunda mübarizə aparan “Trabzonspor” liderlərdən uzaq düşən “Beşiktaş”ın qonağı olub. Trabzonlular erkən qola sevinsələr də, sonda məhsuldar heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura fevralın 24-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXIII tur
22 fevral
“Kayserispor” – “Konyaspor” – 2:2

Kravets, 45, Enrike, 87 – Şahiner, 8, Haciahmetovic, 44
“Göztəpə” – “Qaziantep” – 1:1
Cerom, 71 – Diarra, 90
“Beşiktaş” – “Trabzonspor” – 2:2
Boatenq, 57, Vida, 64 – Sorlot, 5, 90

1.

Trabzonspor

22

13

6

3

49-23

45

2.

Sivasspor

23

13

6

4

42-26

45

3.

Başakşəhər

22

12

7

3

41-22

43

4.

Qalatasaray

22

12

6

4

36-17

42

5.

Alanyaspor

23

11

6

6

41-22

39

6.

Fənərbaxça

22

11

5

6

41-26

38

7.

Beşiktaş

23

11

4

8

36-30

37

8.

Göztəpə

22

9

7

6

29-24

34

9.

Qaziantep

23

8

7

8

34-36

31

10.

Y.Malatyaspor

21

6

6

9

34-30

24

11.

Gənclərbirliyi

22

6

6

10

31-39

24

12.

Dənizlispor

22

6

6

10

21-30

24

13.

Rizəspor

21

7

3

11

21-32

24

14.

Antalyaspor

22

5

7

10

23-39

22

15.

Konyaspor

23

4

9

10

19-32

21

16.

Ankaragücü

22

4

8

10

20-38

20

17.

Kasımpaşa

22

4

4

14

29-49

16

18.

Kayserispor

23

3

7

13

24-56

16