Azərbaycan taekvondoçuları 9 medal qazanıblar - FOTOLAR

 08:45 23.02.2020     929

İsveçin Helsinqborq şəhərində taekvondo üzrə “Prezident Kuboku” keçirilib. 

Azərbaycan Taekvondo Federasiyasından Redaktor.az-a verilən məlumata görə, millimiz yarışı 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Taekvondoçularımızdan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərə qalib gələrək, çempion tituluna yiyələniblər. 

Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) ikinci yeri tutublar. Ramin Əzizov (87 kq) isə bürünc medalla kifayətlənib. 

222222
Vumart və Güvən reklamı Vumart Güvən