Ərsun Yanal istefa verib
"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal istefa verib.
Redaktor.az saytının məlumatına görə, buna komandanın Türkiyə Super Liqasının XXIII turunda "Qalatasaray"a məğlubiyyəti (1:3) səbəb olub.
Yerli mətbuat Kadıköydə 21 ildən sonra "Qalatasaray"a yenilən "sarı-lacivərdlilər"də çalışdırıcının istefa verdiyini yayıb. Lakin bu barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, "Fənərbaxça" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. //APA












