Azərbaycanlı şahmatçı Moskvada keçirilən turnirin qalibi oldu

 22:27 27.02.2020     606

Moskvada keçirilən şahmat üzrə "Aeroflot Open 2020" turnirinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, yarışın sonuncu turunda birinci yer uğrunda oyun iki azərbaycanlı şahmatçı - Rauf Məmmədov və Aydın Süleymanlı arasında olub.

Qarşılaşma heç-heçə bitib. Turnirin qalibi əlavə göstəricilərə görə Aydın Süleymanlı olub.

Turnir ərzində möhtəşəm oyun sərgiləyən Süleymanlı (bütün oyunlarda rəqiblərin reytinqi 2600+ olub) növbəti uğura nail olub.

Vumart və Güvən reklamı Vumart Güvən