Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirildi

 03:07 28.02.2020     526

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün 1/16 final mərhələsinin oyunları yekunlaşıb.

Redaktor.az-ın məlumatına görə, keçirilən oyunlar aşağıdakı hesablarla nəticələnib:

"Portu” (Portuqaliya) - “Bayer” (Leverkuzen, Almaniya) - 1:3, (İlk oyun - 1:2);

“Espanyol” (İspaniya) - “Vulverhempton” (İngiltərə) - 3:2, ( İlk oyun - 0:4);

LASK (Avstriya) - “AZ Alkmaar” (Hollandiya) - 2:0, (İlk oyun - 1:1);

“Malmö” (İsveç) - “Volfsburq” (Almaniya) - 0:3 (İlk oyun - 1:2);

“Bazel” (İsveçrə) - APOEL (Kipr) - 1:0 (İlk oyun - 3:0);

“Gent” (Belçika) - “Roma” (İtaliya) - 1:1, (İlk oyun - 0:1);

Fevralın 27-də keçirilməli olan "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) qarşılaşması əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Vumart və Güvən reklamı Vumart Güvən