Türkiyədə növbəti baş məşqçi istefası
Türkiyə superliqa təmsilçisi “Rizəspor”un baş məşqçisi İsmail Kartal istefa verib.
Redaktor.az xəbər verir ki, bu barədə klubun prezidenti Hasan Kartal məlumat verib.
“Rizəspor” Super Liqanın 24-cü turunda “Trabzonspor”la səfər oyununda 2:5 hesabıyla məğlub olub. Bundan sonra o, istefa verib. İstefa qəbul olunub.
Rizə təmsilçisi 24 turdan sonra 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. //Qol.az












