Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi
Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.
Redaktor.az-ın məlumatına görə, Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.
Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığma Lüksemburq, Kipr və Sloveniya seçmələri ilə birlikdə I qrupda yer alıb.
Millətlər Liqası
C divizionu
I qrup
AZƏRBAYCAN
Lüksemburq
Kipr
Sloveniya
Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2-6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.












