"Fənərbaxça" yenə məğlub oldu

 23:59 03.03.2020     549

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.

Redaktor.az bildirir ki, ilk oyunlar çərçivəsində bir qarşılaşma keçirilib.

“Trabzonspor” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb.

Fasilədən iki qol vuran meydan sahibləri görüşü qələbə ilə başa vurub. “Fənərbaxça” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. İstanbul klubunun baş məşqçisi postundan istefa verən, bu qarşılaşmada sonuncu dəfə komandaya rəhbərlik edən Ərsun Yanal “sarı-lacivərdlilər”dən məğlubiyyətlə ayrılıb. Bu komandalar arasında cavab matçı aprelin 21-də baş tutacaq.

Qeyd edək ki, martın 4-də keçiriləcək digər yarımfinalda “Antalyaspor” öz meydanında “Alanyaspor”la görüşəcək.

Türkiyə kuboku

Yarımfinal

İlk oyun

3 mart

“Trabzonspor” – “Fənərbaxça” – 2:1

Sorlot, 46, Novak, 66 – Muriqi, 82

Vumart və Güvən reklamı Vumart Güvən