Azərbaycan çempionatının oyunları təxirə salındı

 16:27 04.03.2020     590

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

Redaktor.az bildirir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb. Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

Vumart və Güvən reklamı Vumart Güvən