Məşhur futbolçu azarkeşlə dalaşdı - VİDEO

 10:12 05.03.2020     725

"Tottenhem" komandasının və İngiltərə millisinin futbolçusu Erik Dayer ölkə kubokunda "Norviç"lə keçirdikləri 1/8 final oyunundan sonra azarkeşlərdən biri ilə dalaşıb. 

Redaktor.az bildirir ki, 26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla toqquşub. Onları stüardlar çətinliklə aralayıblar. Baş məşqçi Joze Mourinyo bildirib ki, həmin azarkeş tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib: "Futbolçunun ailəsi tribunada idi və bu, onların xoşuna gəlməyib. Bəli, Dayer etməməli olduğu hərəkətə yol verib. Amma belə situasiyada hər birimiz bu cür davranardıq. Futbolçumu anlayıram və onun tərəfindəyəm". 

Qeyd edək ki, "Tottenhem" əsas vaxtı 1:1 hesabı ilə bitən matçın penaltilər seriyasında "Norviç"ə 2:3 hesabı ilə uduzub. 

Vumart və Güvən reklamı Vumart Güvən