Çempionlar Liqasının oyunu azarkeşsiz keçiriləcək
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriəcək "Valensiya" – “Atalanta" matçı azarkeşsiz olacaq.
Redaktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün bu qərar verilib.
Qeyd edək ki, İtaliyada keçirilən ilk matçda "Atalanta" 4:1 hesabı ilə qalib gəlib. Cavab görüşü martın 10-da "Mestalya" stadionunda olacaq. //Qol.az












