“Liverpul” tarixinin yeni rekordunu vurdu

 21:11 07.03.2020     498

“Liverpul” İngiltərə çempionatları tarixinin yeni rekorduna imza atıb.

Redaktor.az bildirir ki, Yurgen Kloppun yetirmələri evdə ən uzun qələbə seriyasının müəllifi kimi tarixə düşüb.

Mersisaydlılar XXIX turun “Bornmut”la oyununda ardıcıl 22-ci ev oyununda qalib gəlib – 2:1. Bunadək də rekord “Liverpul”a məxsus idi.

1972-ci ildə ardıcıl 21 ev matçında xal itirməyən liverpullular 48 il öncə “Mançester Siti”, “Nyukasl” və “Preston”un (hərəsi 20 qələbə) rekordunu yeniləmişdi.

Qeyd edək ki, “Liverpul” 82 xalla Premyer Liqanın lideridir.

Vumart və Güvən reklamı Vumart Güvən