Nazirlik A Seriyasının dayandırılmasını tələb etdi

 18:24 08.03.2020     549

İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məumat yayıb. Ölkədə yayılan koronavirus epidemiyasına görə nazirlik bu tələbi edib.

Bu səbəbdən A seriyasının 26-cı turunun “Parma” – SPAL oyunu başlamadan dayandırılıb. Bu gün Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan görüşdə futbolçular meydana çıxsa da, yenidən soyunub-geyinmə otağına qayıdıblar.

Lakin görüş Bakı vaxtı ilə saat 16:45-də yenidən başlayıb. Hazırda matçın 2-ci hissəsi gedir. Turun digər iki oyunu da başlayıb.

Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada aprelin 3-dək bütün idman yarışları azarkeşsiz keçiriləcək. //Qol.az

Vumart və Güvən reklamı Vumart Güvən