"Real Madrid"in oyunçusunda koronavirus aşkarlandı
İspaniyanın "Real Madrid" komandasının basketbolçusu koronavirusa yoluxub.
Redaktor.az "El Chiringuito"ya istinadən xəbər verir ki, həmin oyunçunun adı açıqlanmayıb. "Real Madrid" basketbolçularının hamısı hazırda karantindədir.
Qeyd edək ki, daha öncə basketbol üzrə Avroliqa və Avrokubok qarşılaşmaları, eləcə də NBA çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb.












