Kriştianu Ronaldo koronavirus şübhəsi ilə karantinə alındı

 16:23 12.03.2020     612

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo karantinə alınıb.

Redaktor.az bildirir ki, 35 yaşlı futbolçu ölkəsi Portuqaliyada təcrid olunub.

Bu qərar superulduzda koronavirus şübhəsi olması ilə bağlı verilib. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçiriləcək. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır.

Qeyd edək ki, bacısının doğum günü ilə əlaqədar Portuqaliyaya gedən Kriştianu Ronaldo İtaliyadakı gərgin vəziyyətə görə, Turinə qayıtmaqdan imtina edib.

Vumart və Güvən reklamı Vumart Güvən