Azərbaycan millisinin İsveçrə ilə oyunu təxirə salınıb

 17:23 13.03.2020     598

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb.

 Redaktor.az-ın məlumatına görə, U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə – Azərbaycan oyunu baş tutmayacaq.

Martın 26-da keçirilməli olan qarşılaşma koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib. //APA

Vumart və Güvən reklamı Vumart Güvən