Gimnastika üzrə Avropa çempionatı təxirə salınıb

 19:30 17.03.2020     783

Bədii gimnastika üzrə Avropa çempionatı təxirə salınıb.

Redaktor.az-ın məlumatına görə, bu qərarı Avropa Gimnastika İttifaqı verib.

Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Ukraynanın paytaxtı Kiyevdəki yarış qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-24-də baş tutmalı idi. //APA

Vumart və Güvən reklamı Vumart Güvən