"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu

 23:07 17.03.2020     974

"Yuventus" futbol komandasının yarımmüdafiəçisi və Fransa yığmasının üzvü Blez Matyuidiyə koronavirus diaqnozu qoyulub.

Daha əvvəl məlum olub ki, "Yuventus"un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub. Bundan sonra "Yuventus"un aralarında futbolçular, personal, rəhbərlik və klubun başqa işçiləri olan 121 əməkdaşı könüllü karantinə gedib. İtaliya çempionatı koronavirus epidemiyasına görə dayandırılıb.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən